Dünya

"Sarı qızdırma" yayıldı - Artıq 8 nəfərin canını alıb

18 Fevral 2019 12:55
0 Şərh     Baxış: 3 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya öz vətəndaşlarına Braziliyada yayılan "sarı qızdırma" ilə bağlı xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da faktı təsdiqləyərək "sarı qızdırma"nın dekabrdan may ayına qədər sürməsi barədə məlumat yayıb.

Qeyd olunur ki, 2018-ci ilin dekabrından başlayaraq 2019-cu ilin yanvar ayı ərzində ölkədə 361 "sarı qızdırma"ya yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 8 nəfərin dünyasını dəyişdiyi bildirilir.

2017-2018-ci illərdə Braziliyada 1376 xəstəliyə yoluxma faktı qeydə alınb ki, bunun da 483-ü ölümlə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.