Dünya

Festival zamanı tribuna çökdü: 34 yaralı var - VİDEO

18 Fevral 2019 11:49
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il fevral ayında keçirilən festival zamanı bədbəxt hadisə baş verib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Argentinanın Kordoba şəhərinin yaxınlığında yerləşən Villa Santa Rosada təşkil olunan karnavalda tribuna çöküb.

Şəhər meri Viktor Kieffer mətbuata açıqlamasında çökməyə səbəbin tamaşaçıların tullanıb düşməyinin olduğunu söyləyib.

Argentina polisinin verdiyi məlumata görə hadisə nəticəsində 34 nəfər xəsarət alıb.

Qeyd edək ki, 1976-cı ildə qadağan olunan festival 2011-ci ildən yenidən keçirilməyə başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Festival zamanı tribuna çökdü: 34 yaralı var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.