Dünya

Zorlanma videosu yayılan 2 uşaq anası intihar etdi - FOTO

18 Fevral 2019 13:13
3 Şərh     Baxış: 5 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 uşaq anası intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, içkisinə narkotik maddə qatıldıqdan sonra zorlanan 27 yaşlı qadın özünü öldürüb.

Qadının intiharına səbəb onu zorlayan şəxslərin həmin anları videoya çəkib, yaymasıdır.

Jenna Johnson adlı qadının cəsədi yanvar ayında yaşadığı evdən tapılıb. Qadının ailəsinin dediyinə görə, videonun yayılması onu intihara sürükləyib.

Şotlandiyada yaşayan qadının qonaqlığa gəlməməsindən şübhələnən ailə üzvləri onun cəsədini tapıblar.

Qızın cəsədi ekspertiza üçün Qlazqo şəhərinə aparılıb. Məlum olub ki, o, dekabr ayının 22-də iki nəfər tərəfindən zorlanıb. 

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.