Dünya

Putinin Ərdoğanın sualına cavabı İran prezidentini güldürdü - VİDEO

18 Fevral 2019 10:25
2 Şərh     Baxış: 9 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Soçi şəhərində 3 ölkə prezidenti arasında zirvə toplantısı keçirilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putinin söhbəti sosial şəbəkələrdə yayılıb.

Rusiyalı jurnalist Dimitri Smirnovun paylaşdığı videoda Ərdoğan minəcəkləri avtomobili göstərərək "Görəsən, zirehlidir? soruşub. Putin isə avtomobilin şüşəsinə vuraraq "yox, ərazi zirehlidir" deyə, cavablayıb. Həmin anlar İran prezidenti Həsən Ruhani və ətrafdakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, Soçi zirvə toplantısında Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini və başqa məsələləri müzakirə ediblər.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Putinin Ərdoğanın sualına cavabı İran prezidentini güldürdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.