Dünya

İspaniyada 6 min illik tarixi olan it qəbiristanlığı aşkarlanıb

17 Fevral 2019 23:52
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona Universitetinin alimləri İspaniyanın şimal-şərqində kütləvi it qəbiristanlığı aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəbiristanlığın yaşının 6 min ildən çox olduğu bildirilib. Əsas versiyaya görə, itlər qurban kəsilərək sahiblərinin yaxınlığında basdırılıb. Alimlər itlərin dəfn olunan insanlarla eyni qidadan istifadə etdiklərini aşkarladıqdan sonra bu qənaətə gəliblər. Bundan başqa, itlərin hamısının 1-18 aylıq olması onların dini ayinlər zamanı qurban kəsilmələri ehtimalını gücləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.