Dünya

Bahalığa görə Tehranda 180 restoran bağlandı

17 Fevral 2019 23:56
0 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ətin və digər ərzaq mallarının bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.

İran Restoranlar Birliyinin sədri Əli Əsgər Mirrəhimi bildirib ki, yağın, toyuq və mal ətinin, tomat pastasının, dənli və paxlalı bitkilərin qiymətlərinin artması restoran biznesi ilə məşğul olanların işini çətinləşdirib. Ərzaq mallarının topdansatış qiymətlərinin bahalaşması restoranlarda da qiymət artımına səbəb olub ki, nəticədə müştərilərin sayı xeyli azalıb. Tehranda lisenziya ilə fəaliyyət göstərən 700 restorandan 180-i fəaliyyətini dayandırıb. Həmin restoranların sahibləri lisenziyalarının ləğv olunması üçün müvafiq strukturlara müraciət ediblər.

Qeyd edək ki, son günlər İranda mal ətinin bir kiloqramının qiyməti 1 milyon rialı (23,8 dollar) ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.