Dünya

Misirdə terror: azı 15 əsgər həlak olub

17 Fevral 2019 11:34
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Sinay yarımadasında törədilmiş terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub. Bir çox hərbçinin yaralandığı və onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Silahlı Qüvvələrin mətbuat katibi Tamər Rifai bildirib ki, terrorçular yarımadanın şimalındakı hərbi posta hücum ediblər. Onlardan yeddi nəfəri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Fevralın əvvəlindən Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında terrorçulara qarşı irimiqyaslı əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlar zamanı onlarla hərbçi həlak olub, yüzlərlə terrorçu öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.