Dünya

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

17 Fevral 2019 10:59
1 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

Milli.Az report-a istinadən bildirir ki, o, bunu "Twitter" mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - Tramp bildirib.

O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil", yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.

Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.