Dünya

“Mehdilikdən vaz keçsəm azadlığa çıxa bilərəm?” - Adnan Oktar həbsxanadan məktub yazdı

16 Fevral 2019 18:39
5 Şərh     Baxış: 2 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul Baş Polis İdarəsinin 2018-ci ilə aid hesabatında maraqlı məqam üzə çıxıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət qruplaşmasının həbsdə olan lideri Adnan Oktar həbsxanadan polisə məktub yazıb.

Özünü "Mehdi" elan edən və 1979-cu ildə təriqət adı altında qorxu və şantaj qruplaşması quran, minlərlə insanın həyatını məhv edən Adnan Oktar azadlığa çıxmaq üçün polisə məktub yazıb. Polisin hesabatında məlum olub ki, Adnan Oktar həbs edilməsəydi, 2019-cu ildə özünü "Mehdi Sahibi əz-Zaman" elan edəcəkmiş.

Onun 40 illik planı 8 ay əvvəl başlayan əməliyyatla suya düşüb. Oktar isə bir neçə gün əvvəl İstanbul Baş Polis İdarəsinə məktub yazaraq "Mehdilikdən vaz keçsəm, azadlığa çıxa bilərəmmi?" sualını ünvanlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.