Dünya

Trampın keçmiş müşavinin “WikiLeaks”lə əlaqəsi olub

16 Fevral 2019 11:09
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun "WikiLeaks" portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu dəlil-sübutlar prezident seçkisi zamanı Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin əlindədir.

Sənəddə bildirilib ki, "Rusiya işi" üzrə aparlan istintaqın gedişində hakimiyyət "onlarla müxtəlif səhifələrin" yoxlanılmasına imkan əldə edib. Qeyd edilib ki, Stounun hakerlər və ya hakerlər qrupu ilə yazışmalarında ABŞ Demokratlar Partiyasının serverlərinin sındırılmasına yardım edə biləcək məqamlar olub.

"WikiLeaks" saytı 2016-cı ildə Demokratlar Partiyasının Milli Komitəsi üzvlərinin yazışmalarının detallarını, eləcə də Donald Trampın rəqibi Hillari Klintonun seçki qərərgahının sədri Con Podetin məktubunu nəşr edib.

Bundan sonra ABŞ hakimiyyəti Rusiya hakimiyyətinin haker hücumunda iştirakını bildirib. Bir müddət sonra Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Donald Trampa yardım etmək məqsədi ilə Demokratlar Partiyasının serverini sındırmaqda ittiham edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.