Dünya

Şok: Nikol Qarabağı qaytarmaq istəyir, amma...

14 Fevral 2019 20:44
3 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakına nail olmaqla Nikol Paşinyan kompromis çərçivəsində güzəştlər barədə məsuliyyəti Qarabağla bölməyə çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

"Görünür, Paşinyan necə güzəşt edəcəyini anlamır. O, bir tərəfdən kompromis və güzəştlərə hazırdır, ancaq bütün məsuliyyəti üzərinə götürməyə qorxur. Hətta Qarabağ klanının nümayəndələri Serj Sərkisyan və Robert Köçəryan belə güzəştlər üçün siyasi məsuliyyəti öz üzərlərinə götürməkdən qorxurdular. Qarabağlılar üçün yad olan və aylardır torpaqları qaytarmağa hazırlaşmaqda ittham olunan Nikol Paşinyan həm də Qarabağ klanının siyasi rəqibidir", - ekspert qeyd edib.

Markovun fikrincə, Paşinyanın bəyanatlarında müəyyən mənada müsbət siqnallar görmək olar:

"Bu, münaqişə tərəfləri arasında müzakirələr getdiyi anlamına gəlir. Mənim də dediyim kimi, Paşinyan vaxt qazanmağa çalışır, çətinləşmiş şəraitdə daha qazanclı mövqe qazanmağa cəhd edir. Ermənistan Dağlıq Qarabağın erməni icmasını danışıqlara cəlb etmək, azərbaycanlı icmasını isə bloklamaq istəyir. Bu isə qəbuledilməzdir. Paşinyan DQ-ın azərbaycanlı icmasının danışıqlarda niyə iştirak etməməsinə qəribə izahlar gətirmək istəyir. Bu cür yanaşmanı nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət onsuz da qəbul etməyəcək".

Ekspert Paşinyanın danışıqlarda "Ermənistan+Dağlıq Qarabağın erməni icması Azərbaycana qarşı" formatından istifadə etmək istədiyini qeyd edib:

"Bu, heç bir məntiqə əsaslanmır. Dağlıq Qarabağın azərbaycanlıları işğal edilmiş bu ərazidən hərb yolu ilə qovulub. Buna görə də əgər erməni icması cəlb olunacaqsa, təbii ki, azərbaycanlı icması da danışıqlara qoşulmalıdır. Bakının razılığı olmadan mövcud "Ermənistan+Azərbaycan" formatından başqa heç bir formatdan söhbət belə gedə bilməz. Ermənistanda siyasi turbulentlik və seçki dövrü başa çatdı. Bunlarla İrəvan danışıqlar prosesini dondurmağına haqq qazandıra bilirdi. Artıq bu cür şərait yoxdur. Əgər vəziyyət dəyişməsə, hərbi əməliyyatların bərpa olunması ehtimalı güclüdür".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.