Dünya

Köçəryan və Sərkisyanın Qarabağdakı cinayətləri faş edildi - Şok faktlar

14 Fevral 2019 20:00
1 Şərh     Baxış: 3 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Böyük Britaniyadan olan araşdırmaçı yazar Harold Keynin ötən ay çapdan çıxan və şok cinayət faktlarının yer aldığı "Narco Karabakh" kitabı ilə bağlı düşüncələrini Teleqraf.com-la bölüşüb.

Milli.Az bildirir ki, onun sözlərinə görə, kitabda Ermənistanda Köçəryan-Sərkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri qeyri-qanuni silah ticarəti və qaçaqmalçılığı, narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır:

"Əvvəlcə onun araşdırdığı "seks biznesi" haqqında...

Harold Keyn yazır kı, fahişəlik, qadın və uşaq alverinin əsas məkanı işğal altındakı Dağlıq Qarabağ bölgəsidir. Bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır, bu, həm də cinayətkar şəbəkəyə sərhədsiz imkanlar açır. Erməni mafiyasının seks imperiyasının sərhədləri İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara gedib çatır, lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Oğurlanaraq cinsi istismara məruz qoyulan gənc qızların bəzən heç 16 yaşları da olmur. Heç kim bu dəhşətli halın qarşısını almır. Çünki seks sənayesi müəyyən orqanların himayəsi altında həyata keçirilir və onlar bundan böyük məbləğdə pullar qazanırlar.

"Canfəşanlıq dolu çeynənmiş ifadələr"

Ermənistan Prezidenti Serj Sərksyanın 2014-cü ildə ABŞ Prezidenti Barak Obamaya yazdığı məktubdan söhbət açan müəllif məktubun Birləşmiş Ştatlarla dostluğa nə qədər böyük əhəmiyyət verdikləri barədə "canfəşanlıq dolu çeynənmiş ifadələr"lə dolu olduğunu, lakin "dostluq əlini uzadaraq həmin Qafqaz xalqının o biri əlində qumbara, hətta əslinə qalsa, bütöv bir cəbbəxana" saxladığını qeyd edir".

Z.Məmmədov bildirib ki, H.Keyn 18 aylıq araşdırması zamanı fəsadları Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü açıb:

"Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində olan Keyn insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirib.

"Hazırkı statusuna görə Dağlıq Qarabağ sanki vakuumdadır. Bu hal amansız şəkildə istismar olunan həmin ərazilərin beynəlxalq kriminal qruplaşmaların hesablama palatasına çevrilməsinə şərait yaradıb", - deyən müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün təhlükəsizlik məqsədilə adını dəyişdirməli olub.

Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif, hətta Xankəndidə döyüldüyünü bildirib.

Sitat: "Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri - Robert Köçəryan və Serj Sərkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar".

Rusiyadan sonra ikinci...

1990-1993-cü illər ərzində ABŞ-dakı 19 QHT tərəfindən müxtəlif qrantlar, kredit proqramları yolu ilə keçmiş sovet respublikaları üçün 10 milyon dollar həcmində maliyə yardımı edilib. Maraqlısı odur kı, siyahıda keçmiş sovet respublikaları içərisində Ermənistan, ya ilk, ya da Rusiyadan sonra ikinci yeri tutur. Baxmayaraq kı, Ermənistan öz ərazisinə və əhalisinin sayında görə keçmiş sovet respublikaları içərisində ən kiçiyidir.

ABŞ Dövlət Departamentinin köməkçisi Bricit Brinkin sözlərinə görə, müstəqillik illərində Ermənistan ABŞ-dan "humanitar və texniki məqsədlər üçün" 2 milyard dollardan çox yardım alıb. Bunu ABŞ-ın keçmiş diplomatı olmuş Mari Yovanoviç də təsdiqləyir.

Mövzunu davam etdirən Harold Keynin sözlərinə görə, İsraildən sonra bu kiçik Qafqaz ölkəsi ABŞ-dan ən çox maliyə yardımı alır. Bunun üçün ermənilər Kapitolidə oturan lobbilərinə minnətdar olmalıdırlar. Çoxsaylı erməni diasporu illərdir ki, maliyə yardımının artırılması üçün lobbiçiliklə məşğul idi. Başda Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası olmaqla Amerika erməni ictimai təşkilatlarının saylarının çoxalması fonunda bütün bunların haradan və necə qaynaqlandığı aydın olur".

Erməni lobbisi Türkiyədəki gülənçilərə çox oxşayır

Z.Məmmədov bildirib ki, "Açıq dialoq" jurnalının qeydinə görə, ABŞ-dakı erməni lobbisi Türkiyədəki gülənçilərə çox oxşayır:

"Erməni diasporu və lobbi təşkilatları da kölgə kluarlarında konkret geosiyasi proqramları ilə planlı şəkildə çıxış edirlər. Kirk, Pallone, Portantino, Bokser, Uilk, Menendez və seçiciləri onların bu xeyirxahlıqlarına cavab olaraq, sevimliləri Sərkisyanın onlara necə cavab verdiyini nəzərə almalıdırlar.

Müəllif burada Sərkisyan hakimiyyəti ilə Rusiya və İran arasında silah ticarətindən bəhs edir. Məhz ermənilərin İrana gizli şəkildə silahlar ötürməsi nəticəsində həmin silahlar İraqda və s. regionlarda görünməkdədir.

"WikiLeaks"ın məlumatına görə, 2003-cü ildə Ermənistan İranın raket və pulemyotlar almasına yaxından kömək edib. 2007-ci ildə İraqda şiə qruplaşmalarının ABŞ ordusuna hücumu zamanı bu silahlar aşkar edilib.

Maraqlı adlar...

Eyni zamanda müəllif tərəfindən maraqlı adlara da rast gəlirik. Belə ki, britaniyalı araşdırmaçı uzun illər silah alverində Qarabağ veteranı Jirair Səfilyanın adını çəkir. Xarici qruplaşmaların dilleri adını qazanan Səfilyan Sasna Tser kimi radikal "müxalif qruplaşmanın" lideridir. Maraqlıdır kı, Paşinyan hakimiyyətə gələr-gəlməz onu həbsdən azad etdi.

Eyni zamanda qondarma respublikanın keçmiş müdafiə narizi Samvel Babayanın da adı silah biznesində çəkilir. Öz mövqeyindən istifadə edən Babayan Gürcüstan vasitəsi ilə İrana və ondan xaricə silah qaçaqmalçılığında rol oynayan əsas fiqurlardan biri idi.

Digər maraqlı faktlar 2018-ci ilə təsadüf edir. Belə ki, keçən ilin iyun ayında general Manvel Qriqoryan evində silah saxlanılmasına görə həbsə atılıb. O zaman erməni ictimaiyyətində bu hadisə ciddi rezonans doğurmuşdu".

Z.Məmmədov daha sonra deyib:

"Görünən odur kı, bugünki Ermənistanın siyasi, iqtisadi , hərbi elitası bütün növ cinayətlər üzrə peşakardırlar. Ermənistanın bir dövlət kimi bəşəriyyət üçün təhlükə olmasına bariz nümunə olan britanıyalı araşdırmaçının kitabı bu xüsusda yeganə faktlarla dolu mənbə deyil. Erməni mütəşəkkil cinayətkar qrupların İspaniya, Almaniya və Fransada yaratdıqları qeyri-qanuni kriminal imperiyalar haqqında artıq Avropanın bir çox kütləvi informasiya vasitələrində məlumatlar getməkdədir. Biz azərbaycanlılar bu kimi məlumatları yaymalı, ermənilərin əslində dünya təhlükəsizliyinə zərbə vuran ən böyük aktorlardan biri olmalarını qeyd etməliyik. Son zamanlar dünyanın bir çox ölkələrində ermənilərin imiclərinə ağır zərbələr vurulmaqdadır. Baxmayaraq kı, bütün bu illər ərzində erməni lobbisi tərəfindən oturuşmuş, koordinasiyalı siyasət aparılmaqdadır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.