Dünya

Tbilisidə anbarda güclü yanğın - YENİLƏNİB - VİDEO - FOTO

14 Fevral 2019 13:46
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:46

Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 16 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200-250 kv. metr sahə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri istintaqla müəyyən olunacaq. 

----------
12:38

Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda güclü yanğın baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumatlara görə, yanğın nəticəsində 200 kv. metr sahə yanıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Hazırda yanğının lokallaşdırılması üçün işlər aparılır.

Anbarda istifadə olunmuş geyim əşyaları saxlanılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tbilisidə anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.