Dünya

Ərdoğan bu gün Putinlə görüşəcək

14 Fevral 2019 11:53
0 Şərh     Baxış: 587

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, özəl təyyarə ilə Soçi şəhərinə yollanan prezident rusiyalı həmkarı ilə görüşəcək.

Soçi zirvə toplantısında Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini müzakirə edəcəklər.

Ərdoğanla birlikdə Soçiyə gedənlər arasında xanımı Emine Erdoğan, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da var.

Bəxtiyar Umarlı
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.