Dünya

İran prezidenti: "Terror aktının bütün səbəbkarları cəzalandırılacaq"

14 Fevral 2019 10:25
1 Şərh     Baxış: 594

Ötən gecə İranın cənub-qərbində yerləşən Sistan və Bəluçistan vilayətində baş verən terror aktının bütün səbəbkarları cəzalandırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani öz müraciətində bildirib.

Həsən Ruhani terror aktı ilə bağlı İran xalqı, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, ötən gecə İranın Sistan və Bəluçistan vilayətində Xaş-Zahidan avtomagistralında İran İslam İnqilabı Keşikçilər Korpusunun Sepah hərbçilərini daşıyan avtobusun kənarında partlayıcı maddələrlə dolu avtomobil partladılıb. Nəticədə 27 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Hadisə ilə bağlı İranın Sistan və Bəluçistan vilayətində 3 gün matəm elan olunub.

Ceyşül-Ədl qruplaşması hadisənin məsuliyyətini üzərinə götürüb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elnur · 14 Fevral 10:4322

    yani bu adam ozu ozunu cezalandiracaq... Belucistan, Al Ahwaz, South Azerbaijan, Khorasan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.