Dünya

1 kənddəki 31 uşaq zorlandı - Yaşları 13-dən azdır - FOTO

14 Fevral 2019 11:25
5 Şərh     Baxış: 6 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 uşağı 1000 dəfədən çox zorlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, onlar zorladıqları uşaqların videosunu çəkib, "Deep Web"də paylaşıblar.

Alman müstəntiqlərin verdiyi məlumata görə, 56 yaşlı Andreas V. və onun qonşusu 33 yaşlı Mario S. saxlanıldıqdan sonra 31 uşaq könüllü şəkildə polisə ifadə veriblər.

Saxlanılanlar uşaqları səyyar evdə zorladıqlarını etiraf ediblər. Hadisə Almaniyanın qərbindəki Lügde kəndində baş verib.

Polis bölməsindən verilən məlumata görə, 31 qurbandan 27-si qız, 4-ü oğlandır. Onların hamsının yaşı 13-dən azdır. Həmçinin onların evindən 14 terabaytlıq uşaq pornosu tapılıb.

Məlum olub ki, onlar 2008-ci ildən bəri uşaq pornosu çəkib, yaymaqla məşğuldurlar.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.