Dünya

ABŞ Ər-Riyada dəstəyi dayandırır

14 Fevral 2019 10:03
0 Şərh     Baxış: 385

ABŞ-ın Nümayəndələr Palatası Yəməndə "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasına qarşı müharibə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya göstərilən yardımı dayandırmağı nəzərdə tutan qətnaməni təsdiq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "The Hill" qəzeti yazıb.

Nəşr qeyd edir ki, qətnaməni 248 qanunverici təsdiq edib, eyni zamanda 177-si onun əleyhinə çıxıb. Senatın da bu qətnaməni təsdiq edəcəyi gözlənilir. Daha sonra prezident Donald Trampın müvafiq fərmanı imzalamaq üçün 30 gün vaxtı olacaq.

Vaşinqton Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasına logistika yardımı göstərir. ABŞ, həmçinin kəşfiyyat məlumatları mübadiləsini və koalisiyaya silah tədarükünü həyata keçirir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.