Dünya

Cənubi Koreyada zavodda partlayış: ölənlər var

14 Fevral 2019 09:05
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın Tedjon şəhərində sursat istehsalı ilə məşğul olan zavodda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:42-də baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.

Bildirilir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 40 yanğınsöndürmə texnikası cəlb edilib.

Yanğından mühafizə orqanları partlayışın səbəbini müəyyən etmək məqsədilə araşdırma aparırlar.

Qeyd edək ki, sözügedən zavodda ötən ilin may ayında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.