Dünya

Kuril adaları sahillərində ardıcıl 3 zəlzələ olub

14 Fevral 2019 07:31
0 Şərh     Baxış: 558

Kuril adaları sahilərində 5 bal gücündə ardıcıl 3 zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yujno-Saxalinsk" seysmoloji stansiyasının rəhbəri Yelena Semnyonova bildirib.

Y.Semyonova deyib: "5 bal gücündə 3 zəlzələ Sakit okeanda, Kuril adaları sahillərində çərşənbə günü qeydə alınıb. İlk yeraltı təkan saat 20:25-də, ikinci və üçüncü isə 21:02 və 22:43-də qeydə alınıb. Yeraltı təkanların episetnri Urup adasından 170 kilometr cənub-şərqdə və Simuşira adasından 220 kilometr cənubda yerləşib. Hər iki adada insanlar yaşamır".

Onun sözlərinə görə, zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.