Dünya

Gürcüstanda azərbaycanlı icra başçısının səlahiyyətlərinə sabah xitam verilə bilər

13 Fevral 2019 18:45
2 Şərh     Baxış: 1 110

Gürcüstanın Marneuli rayon rəhbərliyi sabiq icra başçısı Teymur Abazovun vəzifəsindən istefası ilə bağlı ərizəsini qəbul edib.

Milli.Az report-a istinadən bildirir ki, sabah Marneuli Sakrebulosunun növbədənkənar iclasında ötən gün təqdim olunmuş sənəd nəzərdən keçiriləcək.

T.Abazovun istefa ərizəsinin təmin olunacağı təqdirdə, onun icra başçısı səlahiyyətlərinə xitam veriləcək. Proses fevral ayının 15-dək başa çatdırılsa, Marneuli rayonunda növbədənkənar mer seçkiləri təyin olunacaq. Seçkilərin bu ilin may ayında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk azərbaycanlı olub. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Anar · 13 Fevral 19:3000

    İmkan verməzlər işləsin

    Cavab yaz
  • Anonim
    Süleyman · 13 Fevral 20:1000

    Sizdə artıq həqiqətə uyğun olmayan xəbərlər yazmaq vərdiş halını alıb. Sizi məlumatlandırmaq üçün bildirirəm ki, Abazovdan çox əvvəl Gürcüstanın Kvemo-Kartli vilayətinin qubernatoru azərbaycanlı idi. Onun öldürülməsi çox müəmmalı oldu və cinayətin üstü açılmadı. Təbii ki, qubernator vəzifəsi bir rayonun meri vəzifəsindən qat-qat üstündür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.