Dünya

İranda daşqın və qar çovğunu: 2 ölü, 5 itkin

13 Fevral 2019 17:16
2 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda baş verən daşqın və qar çovğunu nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, 22 vilayətdə - Yəzd, Hörmüzqan, Mərkəzi, Mazandaran, Lorestan, Gülüstan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Sistan və Bəluçestan, Simnan, Xuzistan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam və İsfahan vilayətləri daşqın və qar çovğunu ilə üzləşib.

193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.