Dünya

Ermənistan ciddi problemlərlə qarşılaşıb

13 Fevral 2019 21:26
3 Şərh     Baxış: 839

Ermənistan yüklərin Gürcüstandan və İrandan daşınmasında ciddi problemlərlə qarşılaşıb. Belə ki, 2012-2018-ci illərdə Gürcüstandan bu ölkəyə dəmir yolu ilə yükdaşımaları 43 faiz azalıb, İran ərazisindən isə logistika fəaliyyəti iflic olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tbilisi "Yuxarı Lars" keçid-məntəqəsinin həddindən çox yüklənməsi səbəbindən taxılın bu yolla Rusiyadan Ermənistana daşınmasını da qadağan etmək niyyətindədir. Əvvəllər Poti limanından yüklərin qatarla Ermənistana göndərilməsi də iflic olub. Nəqliyyat dəhlizinin tədqiqatı Mərkəzinin direktoru Paata Çaqareşvili bildirib ki, gürcü hökuməti bu problemlərin həlli üçün yollar axtarır. Avtomobil yolu ilə Ermənistana yükdaşımalarına dair Gürcüstanla razılaşmanın müddəti isə 2019-cu il oktyabrın 1-də başa çatır.

Çaqareşvili əlavə edib ki, Gürcüstandan Ermənistana yükdaşımaların kəskin azalması bir neçə il əvvəl İran marşrutunun fəaliyyətinin güclənməsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın İrana qarşı yenidən sanksiyaları gücləndirməsindən əvvəl erməni şirkətləri Çin və digər ölkələrdən yükləri Bəndər-Abbas limanı vasitəsilə İran ərazisindən daşıyırdılar. "Həmin vaxt Poti limanına Ermənistan yükləri ilə bir konteyner belə daxil olmurdu. Bəndər-Abbas limanı ermənilər üçün ən mühüm yükdaşıma və yükaşırma məntəqəsinə çevrilmişdi. Lakin ABŞ-ın sanksiyaları bu prosesə mənfi təsir etdi", -deyə gürcü ekspert vurğulayıb.

Ermənistanın "Sati" logistika şirkətinin direktoru Makar Arakelyan da bu fikri təsdiq edib. Onun sözlərinə görə, erməni sahibkarların Çindən gətirdiyi mallar Bəndər-Abbas limanından ünvanına 18 günə, Potidən isə 35 günə çatdırılırdı. "Lakin sanksiyaların tətbiqindən sonra gəmiçilik və sığorta şirkətlərinin heç biri İranın limanı ilə iş görmək istəmir. Digər tərəfdən, logistika şirkətləri yükləri hətta anonim şəkildə də İran limanına daşıya bilmirlər. Sifarişçilər yüklərin İran ərazisindən daşınmayacağı barədə xüsusi sənəd tələb edirlər", - deyə erməni sahibkar qeyd edib.

Ekspertlər bildirirlər ki, vəziyyətin bu cür davam edəcəyi təqdirdə Ermənistan iqtisadiyyatı ciddi problemlərlə qarşılaşacaq.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    . · 13 Fevral 21:3021

    Umud qaldi bize

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 13 Fevral 21:4320

    Qorxulu hecne yoxdu ermeniler ucun.Yere ozlerine patron tapacaqlar.ermeniler Fransanin bacisi,Rus cekmesi altinda ezilen xalqdi.

    Cavab yaz
  • Anonim
    Haqq · 13 Fevral 22:4710

    Narahat olmaqa dəyməz. Ermənilər yaqlı dillərin işə salıb özlərinə həmişə oldugu kimi yenə də yol tapacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.