Dünya

Ermənistan bu dəfə də ABŞ-ın qəzəbinə tuş gəlib

13 Fevral 2019 15:10
0 Şərh     Baxış: 783

"Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Aysor"un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər. 

Dövlət Departamenti Birləşmiş Ştatların Yerevandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib.

Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır: "Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşşar Əsəd rejimi ilə əmıəkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir".

Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.