Dünya

Qadın özündən yaşca kiçik kişini direllə deşib, öldürdü - FOTO

13 Fevral 2019 13:01
1 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texaslı qadın 36 yaşlı kişinin qətlində günahlandırılır.

Milli.Az nypost-a istinadla xəbər verir ki, 42 yaşlı qadın 36 yaşlı kişinin əl qolunu bağlayaraq direllə deşərək ölümünə səbəb olub.

42 yaşlı Mandy Lou Villegas ötən gün cinayətlə bağlı saxlanılıb. Hələlik öldürülən şəxsin kimliyi müəyyənləşdirilməyib.

San Antonio Express News yazır ki, Texas ştatının San Antonio şəhərinin polis idarəsinə cinayətlə bağlı məlumat daxil olub. Onlar hadisə yerinə getdikdə naməlum kişi cəsədi tapıblar.

Araşdırmalar nəticəsində saxlanılan Mandy Lou Villegas cinayəti etiraf edib.

Hadisə ilə bağlı istintaq davam edir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.