Dünya

Jurnalistin qətlində günahlandırılan şahzadə Kəbəni ayaqladı - VİDEO - FOTO

13 Fevral 2019 10:49
19 Şərh     Baxış: 4 049

"The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqinin ölümündə ittiham olunan vəliəhd şahzadə Məhəmməd bin Salmanın sosial şəbəkədə yayılan görüntüləri birmənalı qarşılanmayıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Kəbə ətrafında gedən təmir prosesini izləmək üçün Kəbənin üstünə çıxıb.

Onun müsəlmanların ibadətgahı olan Kəbənin üstünə çıxması tənqid edilib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məhəmməd bin Salman Kəbə ətrafında gedən təmir prosesini izləmək üçün Kəbənin üstünə çıxıb

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Aki2 · 13 Fevral 11:1312

    Beli duz deyil muselmanlar ucun,bunu bu molla bilmir goresen

    Cavab yaz
  • Anonim
    Dik Söz! · 13 Fevral 11:1740

    O vaxt yezid(lənətlik)-in də arzusu idi ki, müqəddəs Kəbənin üzərində öz taxtında oturub şərab içə-içə insanların necə təvaf etmələrinə baxsın. İçində qaldı bu və həyata keçmədi. Bu qatil isə onun yolundadır.

    Cavab yaz
  • Anonim
    asi · 13 Fevral 11:2338

    Demək istəyir ki, ayağımın altında xəzinə yatır.. Heç vaxt bitib tükənməyəcək, əksinə ildən ilə artan xəzinə..

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Fevral 11:3449

      Özünügöstərənlərin sayəsində:)))Asi,ora gedəcək pulum olsa da,heç vaxt getmərəm ora.O pulla hansısa körpəyə kömək edərəm,amma,ərəbə pul yedirtmərəm.Heç vaxt qəbul etmədim,etmərəm də o ziyarəti.Mənim babamın anası-atası Həci,Məşədi,Kərbəlayi olublar o vaxt.Bizə də köhnənin adamları Həci,Məşədi,Kərbəlayi nəvələri deyiblər o vaxt məhlədə.Babam danışardı ki,atla,zülümlə,ac-acına,uzun yol qət edib gedərmişlər o vaxt.Daha indikilər kimi-prostınyaya bürünüb, təyyarə ilə 3-4 saata gedirlər,olurlar Həci...Gəlin millət,bu həcinin əlini öpün dayy:)Allah insan üçün varsa-ürəkdə olur,hər şeyi onun adını tutub edirsən,sən hardasansa-o da ordadır.Daha Allahı-imamlatı ziyarət üçün basa-basa ora getmək lazım deyil.Sanki,baş ofis zaddır:)

      Cavab yaz
      • Anonim
        asi · 13 Fevral 11:4524

        Biz də az bilmirik)). Indi ərəb turistləri cəlb etməklə həcilərin ərəblərə verdiyi pulları başqa yolla geri qaytarırıq))).. Ay sağ ol, düzdü..Bizim bir qohumfason kəs var..Imkanı neft quyusu kimi fantan vurur..Arvadı hər il padruşqaların yığır şəxsi təyyarələri ilə həccə gedir). Vip həci kimi)).. Amma sənin sözünə qüvvət, mənim də anamın babası o vaxtı gedib həccə..O da atla gedib.Neçə ayamı ya nə qədərsə..O vaxtı atla həccə gedənlər 41 müharibəsinə gedənlər kimi geri qayıdıb qayıtmayacağı məlum olmurdu..Indi oturub təyyarədə gedib kondisionerli otaqlarda yatıb , 4-6 zəmbil bazarlıq edib gəlib həci olurlar))..

        Cavab yaz
        • Anonim
          Əsranur · 13 Fevral 11:5613

          Asi,ərəblərin bizə borcu çoxdur.Ərəb indi gəlir də bura.Biz uzun illərdir ki,orda şeytana atdığımız daşa pul veririk,heyvan kəsirik,tonla pul xərcləyirik.Gələndə də Zəm-Zəm adıyla adi sudan,təsbehdən,zəfərandan gətirib,qohum-əqrəbanın başını aldadırıq.Qohum-əqrəba da o suyu balasıba da vermiraaa-özü içir,zəfəranın qabını öpüb servanta qoyurlar:)))Bizim qohum həcə gedəndə orda iribuynuzlu heyvan kəsib paylayıb.Bura atdana-atdana gələndə,qohum-əqrəba pul yığıb buna necə dənə qirban kəsdilər ayağının altında:))Qəribədir-elə deyilmi?

          Cavab yaz
          • Anonim
            asi · 13 Fevral 12:0701

            ))) Elə nu de..Bakıda bir həci var, hər il gedir həccə..Kişi bir dəfə yoldaşıma dediki 200 manatmı ya nə qədərsə ver, gedəndə orda sənin adına qurban kəsdirdim)). Eşidəndə elə reaksiya verdimki həci-məci yaddan çıxdı)))..

            Cavab yaz
  • Anonim
    Əsranur · 13 Fevral 11:2647

    Bu nədirki ?Mən,müsəlmanların Kəbə ətrafını nə günə qoyduqlarını da videoda görmüşəm.Danışanda,din ayrıseçkiliyi salanlar xristianların öz müqəddəs bildikləri yeri necə təmiz saxladıqlarına da baxsınlar.Harda müsəlman var,orda pintilik,murdarlıq normaldır.Camaatın imkanı var-Kəbənin ətrafında fırlanır. Bu kişinin imkanı lap yaxşıdır-Kəbənin başına çıxıb..Burda nəvarki?:)

    Cavab yaz
    • Anonim
      asi · 13 Fevral 11:4913

      Əsra, bir dəfə Avropadakı müsəlmanlar haqqında verliş verirdilər..Deməli bir çox məşhur şəhərlərin müsəlmənlar yaşayan məhəlləsi var..Özdə bizlər türklər kimisiləri yox, ərəb ölkələrindən olanlardı..Baxırsan Parisin hər yanı tər təmiz, gül çiçək, qayda qanun..Müsəlman məhləsinəki girdin zir-zibil ayağa dolaşır, zibilin iyi, pinti uşaqlar, pinti arvadlar, kişilər, səs küy, dağınıqlıq, elə bil qaraçı köçü düşüb məhləyə..Yerli camaatda hamısı narazılıq edirdi onların belə yaşamasına...

      Cavab yaz
      • Anonim
        asiye · 13 Fevral 12:1930

        evvel Islami oyrenin sonra adet enenelerine qarishin,o qederde melumatiz yoxdur Islamdan diyeseb

        Cavab yaz
        • Anonim
          asi · 13 Fevral 12:3154

          Səncanı Islamını da götür get, nə qədər istəyirsən öyrən, maneə olan yoxdu..Nə vaxt islam adı çəksəm, onda məsləhətlərinlə təşrif buyurarsan..Aşağıda digər şərhçiyə yazdığım haldaki burada islamdan yazan yoxdu, buna rəğmən islamşüvənlik edirsən, bilib bilmədən...Mövzuya yazmaq da sərbəstdi, heç kim qarışa bilməz hara yaz, nə yaz ya yazma...

          Cavab yaz
  • Anonim
    Ceyhun · 13 Fevral 11:3480

    Hər hansı bir axmaq"müsəlmanin" hərəkətlərinə görə İslam dinin təhqir edənləri başa düşə bilmirəm. İslam haqqında bilmədən necə belə rahat danışa bilirsiz???

    Cavab yaz
    • Anonim
      asi · 13 Fevral 12:0901

      Ay Ceyhun bəy, burada heç Islam adı çəkən oldu??.. deyəsən şərhləri oxumamısım, elə niklərə baxıb təxmini yazmısız)...

      Cavab yaz
      • Anonim
        Ceyhun · 13 Fevral 12:3220

        asi xanım- həcc ziyarəti islamın vacib əməllərindən biridir. Bu barədə məncə,səncəyə yer yoxdur. Mən ona görə yazdım...

        Cavab yaz
        • Anonim
          asi · 13 Fevral 12:5310

          Maraqlıdır, bizim şərhlərdə qeyd etdiyimiz həcilər islam nəzərində məqbul hesab olunur ki??Biz axı açıq aydın yazmışıq hansı həciıərdən söhbət getdiyini.. O həcilərin islama ziyanından başqa bir işi olduğunu sanmıram..

          Cavab yaz
          • Anonim
            Ceyhun · 13 Fevral 13:2820

            O mövzuda sizinlə razıyam. Hər bahalı bir şeyin"poddelkasi"çox olur.

            Cavab yaz
  • Anonim
    Mamlyuk · 13 Fevral 14:5102

    Ərəblər özləri də yaratdıqları dinə inanmırlar. Bir vaxtlar xristianlar guya İsa peyğəmbərin ölən zaman büküldüyü parçanı (plaşanisa adlanır) tapıqlarını elan edəndə ərəblər bunun yalan olduğunu və əskinin üstündə 1500 il qan izinin qalmadığını(haqlı olaraq) dedilər. Xristian ruhaniləri açıq söhbətdə ərəblərin haqlı olduqlarını və bu parçanın ancaq biznes olduğunu dedilər. Sonra onlar ərəblərə Kəbənin açılıb tədqiq olunmasını təklif etdilər. Ərəblər də uzun müddət mübahisədən sonra bunun da biznes olduğunu boyunlarına aldılar. Ümuniyyətlə, dünyada dinlərə ancaq savadsız adamlar inanırlar, ona görə də onlar mübahisələr vaxtı sübut üçün söz tapa bilməyəndə bıçağa əl atırlar.

    Cavab yaz
    • Anonim
      Ceyhun · 13 Fevral 15:1400

      Mamlyuk-dinə inanan o qədər savadlı adam var ki...Sən onları gormursənsə, bu sənin "savad "anlayışından xəbərsiz olduğunu göstərir...

      Cavab yaz
    • Anonim
      Sade Vetendash · 13 Fevral 15:3210

      Mamlyuk bey, deye bilersiz zehmet olmasa xristianlar Kebenin neyini acib arasdirmaq isteyibler? Kebenin icinde hec bir sey yoxdu. Bir de ki zehmet olmazsa menbe ile subut ile gostere bilersiz bu xrsitianlarla ereblerin Kebe haqqindaki sohbetini? Men dinimi arasdiran oyrenen bir muselmanam hemd olsun. Ve Amerikada Riyaziyyat uzre PhD tehsilimi almaqdayam. Ve etrafimda cox savadli insanlar taniyiram ki dinini sevir inanir ve emel edir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.