Dünya

NATO-dan Rusiya ilə bağlı vacib bəyanat

12 Fevral 2019 22:56
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ilə münasibətlərin korlanmasına imkan verilməməlidir. Bu, vacib və təxirəsalınmaz məsələdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Brüsseldə NATO baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş öncəsi bəyan edib.

Qeyd edək ki, Stoltenberqin Lavrovla görüşü yaxın günlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Stoltenberq qeyd edib ki, Rusiya ilə konstruktiv dialoq qurmaq asan olmayacaq.

"Bunun üçün vaxt tələb oluna bilər. Lakin bunu hətta "soyuq müharibə" dönəmində etmək mümkün olub. İllər ərzində əməkdaşlığımız daha uğurlu olub. Ona görə də təslim olmamalıyıq. Biz Rusiya ilə mövcud mürəkkəb münasibətlərlə bacarmalıyıq və onların nəzarətdən çıxmamasına çalışmalıyıq", - deyə o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.