Dünya

Dünyanı silkələyəcək 10 hadisə - Proqnoz

12 Fevral 2019 19:09
1 Şərh     Baxış: 1 199

Beynəlxalq Böhran Qrupu 2019-cü il üzrə dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnoz hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, proqnozda dünya üçün riskli olan hadisələrin adları açıqlanıb.

1. Cənubi Sudanda (neft gəlirləri uğrunda şimalla mübarizə) vətəndaş müharibəsinin alovlanması (2013-2018-ci illərdə 400 min insan ölüb);

2. Kamerunda ingilis və fransızdilli əhali arasında vətəndaş müharibəsi;

3. Əfqanıstanda yeni qarşıdurma (2018-ci ildə münaqişələrdə ən böyük insan itkisi qeydə alınıb - 40 min nəfər);

4. Nigeriyada yazdan başlayaraq bütün mərhələlərdə seçkilərin keçirilməsi. Adətən bu ölkədə seçkilər etnik qruplar və dini təriqətlər arasında kəskin qarşıdurmalarla müşayiət edilir;

5. Suriyada münaqişənin alovlanması;

6. ABŞ-İsrail-Səudiyyə üçlüyü ilə İran arasında münaqişənin yeni mərhələyə keçməsi;

7. ABŞ və Çin arasında iqtisadi müharibənin fəsadları;

8. Ukraynanın şərqində münaqişənin davamı;

9. Yəməndə münaqişə və humanitar böhran;

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Niyaz · 13 Fevral 01:0610

    Bəs 10-cu?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.