Dünya

İsraildən ağır təhdid: "Bu, İslam İnqilabının sonuncu ildönümü olacaq"

12 Fevral 2019 19:29
2 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-ın İranı vuracağı təqdirdə, iranlıların Təl-Əvivi və Hayfanı dağıdacaqlarına dair təhdidləri bizi qorxutmur". 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verib ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. "Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz" - deyə o bildirib.

Baş nazir qeyd edib ki, əgər Tehran faciəli səhv etsə və Təl-Əviv və ya Hayfanı məhv etməyə çalışsa, cəhdləri nəticəsiz qalacaq: "Bu, onların inqilabın sonuncu ildönümünü qeyd etdiyi il olacaq. Onlar bunu nəzərə almalıdırlar".

Qeyd edək ki, ötən gün İranda İslam İnqilabının 40 illiyi qeyd olunub. İslam İnqilabı Keşişçiləri Korpusunun nümayəndəsi qeyd edib ki, "əgər Birləşmiş Ştatlar İrana hücum etməyə cəsarət etsə, bu Hayfa və Təl-Əvivin yer üzündən silinməsi ilə nəticələnəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.