Dünya

Pentaqon Rusiya və Çinin Amerika peyklərini təhdid edə biləcəyini iddia edir

13 Fevral 2019 08:25
0 Şərh     Baxış: 426

Pentaqon "Kosmosda təhlükəsizlik problemləri" adlı hesabat dərc edib. Hesabat kosmosda Amerika mövqelərinin təhlükəsizliyi məsələlərinə və digər dövlətlər tərəfindən ehtimal olunan təhdidlərə həsr edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hərbi Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan və Rusiya, Çin, İran və Şimali Koreyanın kosmik imkanlarının təhlil edildiyi hesabatda Amerika peyklərinə təhlükə yaratmaq məqsədilə Çin və Rusiyanın öz texnoloji imkanlarını genişləndirdiyi qeyd olunur. Hesabatın müəllifləri belə qənaətdədirlər ki, ABŞ peykləri kosmosda Amerikanın mövqeyini zəiflətmək məqsədilə xarici lazerlər vasitəsilə məhv edilə bilər.

Hesabatda Rusiyanın və Çinin peyk əleyhinə silahları, o cümlədən radioelektron mübarizə sistemi, istiqamətlənmiş enerji silahı və peyk əleyhinə kinetik raketlər barədə ətraflı məlumat təqdim olunur. Belə ki, Amerika peykləri hər yerdə mühüm rol oynayırlar. Naviqasiya, silahın istiqamətləndirilməsi və kəşfiyyat məlumatlarının toplanılmasından başlayaraq, Şimali Koreyada nüvə silahı proqramının izlənilməsi və Rusiya ilə Çinin hərbi fəaliyyətinin monitorinqi də daxil olmaqla, ABŞ mövqelərinin kosmosda təhlükəsizliyi prioritet məsələlərdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.