Dünya

Ermənistanda əsgər zabiti güllələyərək öldürüb

12 Fevral 2019 16:04
1 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. 

Məlumata görə, həqiqi hərbi xidmət çağırışçısı sıravi A.K. tabeliyində olan silahla baş leytenant Mesrop Rubikoviç Qriqoryana öldürmək məqsədi ilə atəş açıb. 

Nəticədə Silahlı Qüvvələrin baş leytenantı, 1985-ci ilin oktyabrın 18-də anadan olmuş M.Qriqoryan hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlayıb. Sıravi A.K. saxlanılıb. İstintaq davam edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.