Dünya

Oteldə güclü yanğın anı: 2 nəfər eyvandan tullandı - Xeyli ölü var - VİDEO - FOTO

12 Fevral 2019 09:50
Baxış: 3 750

Xəbər verdiyimiz kimi, Hindistanda hoteldə güclü yanğın baş verib.

Milli.Az AFP-yə istinadla xəbər verir ki, Yeni Dehli şəhərindəki "Arpit Palace" hotelində baş verən yanğın nəticəsində azı 17 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"The New Indian Express" qəzeti yazır ki, hazırda yanğın söndürülüb. Yanğın departamentinin sədrinin dediyinə görə, ölənlər arasında qadın və uşaqlar da var.

Yanğın zamanı otelin iki işçisi özünü 4-cü mərtəbədən yerə atıb. Onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Yanğından 35 nəfər xilas edilib.

Hazırda hadisənin səbəbi araşdırılır.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Oteldə güclü yanğın anı: 2 nəfər eyvandan tullandı - xeyli ölü var - 1

Oteldə güclü yanğın anı: 2 nəfər eyvandan tullandı - xeyli ölü var

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.