Dünya

Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb - YENİLƏNİB

12 Fevral 2019 09:34
0 Şərh     Baxış: 201

09:34

Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Bundan əvvəl 9 nəfərin həlak olduğu deyilirdi.

Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir.

---------

09:04

Hindistanın paytaxtı Yeni Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla 04:30-da baş verib.

35 nömrəsi olan 3 mərtəbəli "Arpit Palace" hoteli paytaxta işlə bağlı səfər edən bir ailənin üzvləri tərəfindən tam tutulmuşdu.

Yerli KİV-lər ölənlər arasında uşaq və qadınını olduğunu da bildirir.

Hadisə yerində xilasedicilər və yanğın briqadaları işləyir. Ölənlərin sayı arta bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.