Dünya

Polşa Norveç konsulunu "arzuolunmaz şəxs" elan edib

12 Fevral 2019 08:40
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa Norveçin Varşavadakı konsulunu "arzuolunmaz şəxs" elan edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk "Twitter"də yazıb.

"Norveç hökuməti konsul Slavomir Kovalskini "arzuolunmaz şəxs" hesab edib ki, bu da onun öz işini icra etməsinə maneəçilik törədir. Bu vəziyyətdə yeganə mümkün qərar qarşılıqlı addımdır", - deyə Şinkovski vel Senk yazıb.

O əlavə edib ki, qərar "dərhal icra olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.