Dünya

Ruhani İranın raket proqramı haqda

11 Fevral 2019 17:57
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşmən ölkələrin artan təzyiqlərinə baxmayaraq, İran özünün hərbi gücünü və ballistik raket proqramını genişləndirməkdə qərarlıdır".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu İran pezidenti Həsən Ruhani İran İslam İnqilabının 40 illiyi münasibətilə paytaxt Tehrandakı Azadlıq meydanında on minlərlə insanın qarşısında çıxış edərkən deyib.

"Biz müxtəlif növ raketlərimizi inkişaf etdirmək üçün indiyədək heç kəsdən icazə almamışıq və bundan sonra da almayacağıq. Biz öz yolumuzu və hərbi gücümüzü artırmağa davam edəcəyik" - Ruhani bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.