Dünya

Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib

11 Fevral 2019 23:47
0 Şərh     Baxış: 449

Yaponiya Filippinin Mindanao adasında sülh prosesini dəstəkləmək üçün uzunmüddətli yardım göstərməyə hazır olduğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Filippində səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono bu barədə həmkarı Teodoro Loksin ilə görüşü zamanı deyib. Görüş Filippinin cənubunda yerləşən Davao adasında keçirilib.

2014-cü ildə əldə edilən razılaşmaya əsasən, Mindanao adasında müsəlman muxtar hökumətinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmin razılaşma regionda yaşayan müsəlmanlar üçün muxtar hökumətin təşkilini nəzərdə tutur.

T.Kono T.Loksinə bildirib ki, Yaponiya regiondakı yaraqlıların tərksilah edilməsi və iqtisadiyyatın bərpası məqsədilə uzunmüddətli yardım göstərməyə hazırdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.