Dünya

Yaponiya hökuməti Çin gəmilərinin mübahisəli əraziyə girməsi ilə əlaqədar böhran qərargahı yaradıb

11 Fevral 2019 22:38
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin patrul gəmilərinin mübahisəli sulara girməsi ilə əlaqədar Yaponiya Baş nazirinin dəftərxanası yanında böhran qərargahı yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 11-də səhər saatlarında Çinə məxsus dörd patrul gəmisi Yaponiya ərazi sularına yaxınlaşıb. Bundan sonra həmin gəmilərdən biri bu əraziyə daxil olub. Böhran qərargahı hazırda hadisə ilə əlaqədar operativ informasiyanın toplanması ilə məşğuldur.

Xatırladaq ki, Tokio ilə Pekin arasında münasibətlər mübahisəli Senkaku adaları 2012-ci ildə Yaponiya hökuməti tərəfindən onların mənsub olduğu fiziki şəxsdən alındıqdan sonra gərginləşib. Həmin vaxt Çində Yaponiya əleyhinə kütləvi nümayişlər keçirilib. Bundan sonra Çin gəmiləri müntəzəm şəkildə mübahisəli adalar ətrafında dolanmaqda davam edir ki, bu da Yaponiya tərəfindən etirazla qarşılanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.