Dünya

Bolqarıstan 9 ölkədə diplomatik mülkünü satmaq niyyətindədir

11 Fevral 2019 22:56
0 Şərh     Baxış: 471

Bolqarıstan 2019-cu ildə diplomatik mülkünü 9 ölkədə satmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sofia Globe" nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.

E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Argentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda, Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.