Dünya

3 avroya görə təqaüdçü qadın öldürülüb

11 Fevral 2019 21:08
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada 40 yaşlı inşaatçı Daniel Ermano Byanko ötən ay quldurluq məqsədilə 70 yaşlı təqaüdçü qadın Anna Pikkatonun üzünə zərbələr endirərək onu öldürüb və zərərçəkmişin üzərində olan 3 avronu qəsb edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Kueno əyalətində yerləşən Bardje kommunasında baş verib.

Polisin məlumatına görə, cinayətin üstü qətlə yetirilən qadının Daniel Ermano Byankonun paltarında olan DNT izləri sayəsində açılıb. Cinayətkar qarət etdiyi qadına ölümcül xəsarətlər yetirdiyini etiraf edib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.