Dünya

Daha bir yüksək vəzifəli şəxs Sarqsyanın partiyasını tərk etdi

11 Fevral 2019 15:04
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamenti sədirinin keçmiş müavini Arpina Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasında fəaliyyətini dayandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə özünün "facebook" səhifəsində yazıb.

"16 il dövlət xidmətindən sonra 2018-ci ildə keçirilən parlament seçkiləri yeni fəaliyyət istiqaməti barədə fikirləşməyimə səbəb oldu", - o yazıb.

Keçmiş vitse-spiker bundan sonra vəkillik fəaliyyəti ilə məşğul olacağını bildirib.

Otuz beş yaşlı Arpina Ovannisyan hüquqşünasdır. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayınadək ədliyyə naziri işləyib. 2012-2015-ci illərdə Serj Sarqsyanın başçılıq etdiyi Respblikaçılar Partiyasından deputat olub. 2017-2018-ci illərdə parlament sədrinin müavini vəzifəsini tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.