Dünya

Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə MARAQLI CƏZA - FOTO

11 Fevral 2019 11:54
3 Şərh     Baxış: 7 609

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb.

Milli.Az xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib.

Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq və bu kitabların qısa xülasəsini çıxaracaq.

Ona verilən siyahıda 24 kitab yer alıb. Siyahının ilk sırasında Ömər Seyfəddinin müəllifi olduğu kitaba yer verilib. Bundan başqa, Nəcib Fazil Qısakürək, Lev Tolstoy, Corc Oruell, Turqay Gülər, Faruq Kösə, Əbdülqadir Səlvinin kitabları da siyahıda olub. Həmçinin Mustafa Kamal Atatürkün "Nutuk" əsəri də oxunanlar sırasına daxil edilib.

Qərar haqqında fikirlərini bölüşən Əli Şahin bildirib ki, vəkili qərara etiraz etsə də, o, kitabları qısa müddətdə tapıb oxumağa başlayacaq./Publika.az

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    aea · 12 Fevral 10:4300

    Şərhə ehtiyac yoxdur...)))

    Cavab yaz
  • Anonim
    Seva · 12 Fevral 11:4110

    Yene sag olsun ki ezberle demeyib

    Cavab yaz
  • Anonim
    555 · 12 Fevral 12:1000

    ƏLA!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.