Dünya

Silahlılar Latakiya və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar

11 Fevral 2019 07:55
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Hədər yaşayış məntəqəsini atəşə tutublar".

General-leytenan əlavə edib ki, Suriyanın Rakka əyalətinin sakinləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ordusunun ölkədən çıxarılması üçün mitinqlər keçirirlər: "Ötən sutka ərzində Rakka əyalətinin Et-Tabka yaşayış məntəqəsində mitinqlər qeydə alınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.