Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "UOL" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə stinadən xəbər verir. Daha əvvəl 157 nəfərin öldüyü bildirilirdi.
Bildirilir ki, həlak olanlardan 156-nın kimliyi müəyyən edilib. Daha 160 nəfər itkin düşmüş sayılır.
Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.
Milli.Az