Dünya

Əfqanıstanda 30 terrorçu məhv edilib

10 Fevral 2019 23:10
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın müxtəlif rayonlarında gün ərzində aparılan əməliyyatlar zamanı "İŞİD - Xorasan" terror qruplaşması və radikal "Taliban" hərəkatının azı 30 yaraqlısı məhv edilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

"Nanqarhar əyalətinin Hocani rayonunda koalisiyanın endirdiyi hava zərbələri nəticəsində "İŞİD - Xorasan"ın iki yaraqlısı öldürülüb, daha 7 yaraqlı isə Bəlx əyalətinin Şamtal qəzasında və Hilmənd əyalətinin Vaşer qəzasında aparılan analoji əməliyyatlar zamanı məhv edilib", - deyə agentliyin həmsöhbəti bildirib.

Həmçinin koalisiya qüvvələrinin Qazni əyalətində apardığı əməliyyat zamanı "Taliban"ın 4 yaraqlısı məhv edilib.

Bundan əlavə, Əfqanıstan hərbçilərinin Tarinkot şəhərində apardığı əməliyyat zamanı "Taliban"ın 13 yaraqlısı zərərsizləşdirilib. Daha 4 talib isə Kunar və Paktiya əyalətlərində öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.