Dünya

İranda zəlzələ qeydə alınıb

10 Fevral 2019 19:25
0 Şərh     Baxış: 751

İranın Hormozqan əyalətində 5.2 bal gücündə zəlzələ baş verib. Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb, episentr Keşmə dairəsindəki Laft kəndinin yaxınlığına yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

Hadisə nəticəsində üç nəfərin yaralandığı bildirilib. Xəsarət alanlar hadisə yerindən təxliyyə olunublar və xəstəxanaya yerləşdiriliblər.

Zəlzələ nəticəsində 15 yaşayış binasına ziyan dəydiyi bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.