Dünya

Hindistanda 3 gündə 100-ə yaxın insan alkoqoldan ölüb

10 Fevral 2019 17:35
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimalındakı Uttar-Pradeş və Uttarkhand ştatlarında 3 gün ərzində alkoqollu içkidən istifadə nəticəsində 97 nəfər həlak olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu haqda IANS agentliyi məlumat yayıb.

Yerli hakimiyyətə istinadən yayılan məlumata görə, fevralın 7-də Haridvar dairəsinin Ballupur kəndində bir neçə sakin dəfn mərasimində toplaşaraq alkoqollu içki qəbul edib. Onlar növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub. Bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-leqal alkoqol müsadirə edilib, 200-dən çox insansaxlanılıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.