Dünya

Tramp “fillər”in yeni kursunun irəliləyişini istehza ilə qəbul edib

10 Fevral 2019 15:52
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların prezidenti Donald Tramp demokratların ekoloji siyasətinin ölkə iqtisadiyyatına dağıdıcı təsir etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

Ağ Ev başçısı "fillər"in yeni kursunun irəliləyişinin əhəmiyyəti haqqında fikrini istehza ilə bildirib. Onun fikrincə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq.

"Əgər  başqa ölkələr bunu etməyəcəklərsə, karbon qazı tullantılarının bütün təyyarələri, maşınları, inəkləri, nefti, qazı və silahlı qüvvələri tamamilə məhv etməsi çox yaxşı olardı. Müvəffəqiyyətlər!", - deyə Tramp "Twitter"də yazıb.

ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri bir neçə gün əvvəl parlamentin hər iki palatasında "Yaşıl yeni kurs" üzrə qanun layihəsini təqdim ediblər. Sənəd 2035-ci ilə qədər ölkənin energetikasının istilikxana qazlarının tullantısız yenilənməsinə tam keçidini təklif edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.