Dünya

Türk milyarder həbs edildi - 3 uşağa təcavüz edib

10 Fevral 2019 15:10
0 Şərh     Baxış: 1 323

Afrika ölkəsi Keniyada yaşayan türk biznesmen Osman Ərdinç Elsek saxlanılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir.

Keniya polisi Elsekin Kilifi qəsəbəsindəki villasına basqın edərək onu polis bölməsinə aparıb.

Cinsi istismara məruz qalan uşaqlar isə uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər.

Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.