Dünya

Səfir qətlə yetirilən diplomatdan danışdı

10 Fevral 2019 13:35
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları bu ölkənin Türkiyədəki sabiq səfiri, mərhum diplomat Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədədirlər.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

"Rusiya hüquq-mühafizə orqanları bu iş üzrə türk həmkarları ilə ən sıx qarşılıqlı təsirlərdədir. İttihamnamə bizə təqdim olunub. Bu, çox həcmli sənəddir - türk dilində bir neçə yüz səhifədir, hansı ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, ən birinci prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib", - deyə səfir müsahibəsində bildirib.

O, güman edir ki, məhkəmə prosesi azı bir neçə ay davam edəcək. "Buna hazır olmaq lazımdır, biz onun gedişini izləyəcəyik", - deyə səfir əlavə edib.

Karlovun qətli işi üzrə məhkəmə yanvarın 8-də başlayıb. İşə Ankaranın Xüsusi Ağır cinayətlər üzrə İkinci Məhkəməsində baxılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.