Dünya

Əfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib - FOTO

10 Fevral 2019 10:01
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb.

"Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil gənc insanları İŞİD-ə cəlb edib", - deyə Əfqanıstan kəşfiyyatının rəsmi "Facebook" səhifəsinə yerləşdirilən bəyanatda bildirilir.

Kəşfiyyatın məlumatına görə, Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə var ki, onlar İŞİD-in Nanqarhar əyalətindəki bölməsinə göndəriliblər.

Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalamaq müvəffəq olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.