Dünya

Lorens mitinqdə çıxış etdi: Prezident olacağam...

10 Fevral 2019 09:39
1 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ senatoru, demokrat Elizabet Uorren (Massaçusets ştatı) rəsmi olaraq ABŞ-da 2020-ci ildə keçiriləcək prezidenti seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Uorren Lorens şəhərində mitinq zamanı deyib.

"Mən bu gün burada ondan ötrü dayanmışam ki, ABŞ prezidentliyinə namizəd olduğumu deyim. Bu (seçkilər) həyatımız uğrunda, hər kəsin xəyalları gerçəkləşə biləcəyi Amerikanın konsolidasiyası uğrunda mübarizədir", - deyə Uorren bildirib.

Daha öncə Uorren 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmək uğrunda mübarizə aparmaq niyyətini bildirən ABŞ Demokratik Partiyasının ilk nümayəndəsi olub. O, 2018-ci ilin noyabrında Massaçusets ştatından ikinci altı ilik müddətə senator seçilib. Demokrat 60 faizdən çox səs toplamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.